photo_75642408
Özünü övladları ilə binadan atan qadınla bağlı YENİ FAKTLAR: Əvvəl də intihara cəhd edib - VİDEO

Dünən axşam saatlarında iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atan qadının intiharı ilə bağlı yeni faktlar məlum olub. 
 
Globall.az Oxu.Az-a istinadən xəbər verir ki, qayınana gəlini Aytən Abbasova ilə mütəmadi olaraq mübahisə edirmiş. 

Ötən gün axşamüstü qayınanasının ad gününü təbrik etmədiyi üçün aralarında mübahisə yaranıb. Hadisə bundan sonra baş verib. 
Səs-küyə gələn binanın mühafizə xidmətinin əməkdaşları mənzilin qapısını dəfələrlə döysələr də, açan olmayıb. 

Məlumata görə, Aytən Abbasova bundan öncə də intihara cəhd edib. Lakin qonşular buna mane olub.
 
Bildirilib ki, A.Abbasovanın həyat yoldaşı Suslan Abbasov əvvəllər Astara Rayon İcra Hakimiyyətində aparıcı məsləhətçi vəzifəsində çalışıb. Suslan Abbasov ailəsi ilə birlikdə Astara rayonunun Şiyəkəran kəndində yaşayırmış. O, bir müddət əvvəl Rusiyaya gedib və ailəsi də Bakıya köçüb.
 
Aytən Abbasova iki övladı və qayınanası ilə birlikdə Bakıda kirayədə yaşayırmış.
 
Qeyd edək ki, Aytən Abbasovanın həyat yoldaşı bu gün Moskvadan Bakıya qayıdır.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər: “Hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir. Digər azyaşlı tibb müəssisəsinə aparılan zaman yolda dünyasını dəyişib”.
                                                                                                                                                                  

19.07.2022 13:18
show 319