660d4e42b4b4a202404244034

“Özünü bomba aparıcı sayırdın, qapaz yeyib, telekanala…” – Tolikdən Turana SƏRT SÖZLƏR

Prodüser Tarix Əliyev (Tolik) ad çəkməsə də, aparıcı Turan İbrahimova söz atıb.

Qlobal.net xəbər verir ki, o, ötən günlərdə açıqlanan kanalların yutub reytinqi məsələsinə toxunub. Tolik aparıcılar və jurnalistlər arasında mübahisə yaradan paylaşımlara belə reaksiya verib:

“Bir vaxtlar özünü bomba sayan aparıcılar indi internet televiziyalarına möhtac qalıblar və MTV haqqında fikir bildirirlər. İstədin ölkədə ən açıqsözlü aparıcı olasan, amma qapaz yedin, telekanallara həsrət qalmısan. Yutub kanalı mənim vecimə deyil, 10 sponsorum var. Onların da hamısı adıma gəlib. Görüm sənin o ağıllı, bilikli adına necə sponsor gələcək?”.

Tolik başqa bir aparıcının onun proqramındakı sponsorları öz verilişinə cəlb etməyə çalışdığını da söyləyib: “Deyirlər, Tolik danışır. Bu günə qədər bir aparıcı deyə bilməz ki, onun verilişində olan sponsora yığıb danışmışam. İndi mənim sponsorlarıma zəng edirlər. Bəsdirin də! Çörəyi də kişi kimi yeyin. Bəzi müğənnilər aparıcılara yaltaqlanmaq üçün sponsorlara zəng vururlar. Gedin öz işinizlə, ərinizlə məşğul olun. 10 sponsorum var, apara bilirsinizsə, gəlin aparın. Onlara yalvarmıram. Allah sizin gözünüzü doyursun”.(olay.az)

03.04.2024 16:38
show 309