"Çox təhlükəli bombadır" - Anar Nanəni BİABIR ETDİ/VİDEO
"Hər bir insanın "maska"sını cırıb atmaq lazımdır. Onda böyük dərs olur.
Nanə Ağamalıyeva bu sahəyə gələndə mən artıq Anar idim. Özü də bunu
etiraf edir. Bizim sıx dostluğumuz başladı.
Şou-biznesdə iki-üç ən yaxın dostum vardısa, onlardan biri Nanə idi.
Nanə bərbad görünməklə sabahlar tamaşaçının zövqünü körlayır. Vacibdir
səhər bu qırmızı dodaq boyasını çəkmək, saçı "naços" edib, yuxarı
hissəsinə həcm vermək və ziyafət libasında sabah efirə çıxmaq? Axı sən
illərin aparıcısısan. Nanə zövqsüzlüyün pik həddidir. Bildiyiniz
"bozbaşxana" və "palatka toyu"dur".
Qlobal.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri məşhur
stilist və vizajist Anar Ağakişiyev qonaq olduğu "YouTube"da yayımlanan
"Astar" layihəsində deyib.
Anar aylar əvvəl ATV kanalında stilist olaraq çalışdığı zaman qalmaqal yaşadığı aparıcı Nanə Ağamalıyevadan söz açıb.
Stilist bildirib ki, Nanə özünü ATV-də kanalın rəhbəri kimi aparır: "Mənə ATV-dən əməkdaşlıqla bağlı təklif gəldi. Öncədən onlara bir sıra
aparıcıların adlarını çəkdim, hansı ki orada Nanə Ağamalıyevanın da adı
vardı. Söylədim ki, digər aparıcılar və Nanə çətin xarakterlidirlər.
Mənim əlimdə deyil, ATV-nin əli ilə onlara çəki-düzən versəniz,
əməkdaşlığa razılaşaram. İclas oldu, bəzi aparıcılar az qala özündən
getdi. Aparıcının biri dedi ki, necə olur ki, Anarı yanınızda
(müdiriyyət - red.) əyləşdirirsiniz, biz isə burada oturmuşuq.
Aqressiv danışdılar. Öz yerimdə oturmağı təklif etdim onlara və
dedim ki, harada oturmağınızdan asılı olmayaraq bu, nəticəni
dəyişdirməyəcək. Siz qoyulan qaydalara riayət etməlisiniz.
İclasda iştirak edən aparıcılar və onların arasında olan Vüsalə Əlizadə,
Günay Baxşəliyeva da deyilənlərə riayət etdilər. Çalışdığım dönəmdə
onlar efirdə çox gözəl görünürdülər, bir tək Nanə Ağamalıyevanı çıxmaq
şərti ilə. Nanəyə zəng edib dedim ki, biz dostuq və əgər sən mənə kapriz
etsən, başqa aparıcılar başımda turp əkər. Söylədi ki, narahat olma.
Müdiriyyət dedi ki, Nanənin saçları kəsilməlidir. Mən də bunun tərəftarı
idim. Nanə kaprizlər etməyə başladı.
Orada çalışan qrim ustasına efir makiyajını öyrətdim. Bir xanım da var
idi, aparıcıların geyimi ilə məşğul olurdu. Amma Nanə paltarları
geyinmədi və qrimerları da yaxınına buraxmadı. Hamıya köbüdluq edib,
nalayiq ifadələr səsləndirirdi.
ATV-nin işçisi mən çalışdığım müddətdə işçim sayılırdı. Nanə ona hücüm
çəkmişdi. Mən də həmin hadisəni videoya çəkmişdim ki, əlimdə sübüt
olsun. Nanə özünü elə aparır ki, sanki kanal rəhbəridir. Əgər bu
sözlərimə görə, ATV məni qara siyahıya atsa, heç vecimə də deyil.
Əgər Nanənin reytinqi yüksəkdirsə, qalxıb birbaşa müdİriyyətin otağında otursun.
Bütün digər aparıcılar aşağıya düşüb makiyaj olunurlar. Onlardan fərqli
olaraq isə Nanənin böyük, geniş otağı var. Onu öz otağında bəzəyirlər.
Əgər Nanə ulduzdursa, Xoşqədəm Hidayətqızı neyləsin? Xoşqədəmin nə
reytinqi, nə də ki ulduzluğu heç də Nanədən geri qalmır. Əksinə
yüksəkdir, hətta üstəgəl onun fəxri adı da var. Amma Xoşqədəmə nə geyim
verilirsə, onu da geyinir. Əgər buna ulduz deyiriksə, onda Xoşqədəm meqa
ulduzdur".
Ağakişiyev müsahibəsindıə Ağamalıyevanın "yoxsulluq" kompleksinin olmasını və çox təhlükəli insan olduğunu vurğulayıb: "Nanənin içində özü ilə bağlı çox böyük problemləri var. Onun çox böyük
kompleksləri var - uşaqlıqdan gələn "yoxsulluq" kompleksi. Özündən böyük
insana "Çıx bayıra!" deyə kobud cavab verir. Onlara "sən" deyə müraciət
edir. Onda əvvəldən gələn travma var. Bu mənim şəxsi fikrimdir. Yaxın
dostum öz geyimini hədiyyə versə götürərəm, ya geyinərəm, ya da hədiyyə
olaraq saxlayaram. Amma ona hədiyyə etsələr, bunu o travma kimi,
alçaltmaq kimi qəbul edər. Mən o adama içimi tökdüm, müdiriyyətə də
dedim ki, bu adamla işləyə bilmərəm.
Bizi üz-üzə gətirdilər ki, Nanə razıdır sizinlə çalışmağa. Amma mən
həmin videonu ortalığa qoyub dedim ki, çalışmaq istəmirəm. Bundan sonra
Nanə ilə dostluğum bitdi. O mənim üçün saatlı təhlükəli bombadır. Əlimdə
olsa, onu efirdən yığışdırardım. Bir insan kamera arxası başqa, kamera
önündə isə başqadırsa, o çox təhlükəli insandır".