Pablo Eskobarın adı gələndə çoxumuzun gözü önündə qanlı pullarını üşüyən qızı uğrunda yandıran İuda canlanır. Həyatı qaranlığa bürünmüş bu insan haqda bilmədiyimiz onlarla fakt var.
Qlobal.net publika.az-a istinadla onların bir neçəsini təqdim edir.
Robin Hud obrazı
Qəribədir ki, qanlı terrorların atası olan Eskobarı çoxu Robin Hudla müqayisə edirdi. Çünki xalqı üçün məktəblər, idman sahələri inşa etdirir, xeyriyyə işlərinə milyonlar xərcləyirdi. Kasıb məhəllələrin atası sayılırdı Eskobar... Evsizlər üçün tikdirdiyi məhəllələr bu gün də narkobaronun adı ilə anılır. Eskobar öz PR siyasətini yürütməkdən zövq alır, bir gün Kolumbiyanın prezidenti olacağına ümid bəsləyirdi. Hətta onun izinə düşən beynəlxalq təhlükəsizlik təskilatları etiraf edirdilər ki, xalqın ona olan məhəbbəti narkobaronu su üzünə çıxarmağa mane olurdu. Kasıb kolumbiyalılar Eskobarı Tanrı qədər sevirdilər.
Təyyarədə 107 nəfərin ölüm səbəbkarı
1989-cu ildə "Boinq 727" Kolumbiya səmasında partlayır. Qəza nəticəsində
107 nəfər dünyasını dəyişir. Sonralar məlum olur ki, Eskobar bu terror
aktını Kolumbiya prezidentliyinə namizəd Sesar Qaviria Truxoliyonu
qorxutmaq üçün gerçəkləşdirib. Təyyarədə 2 ABŞ vətəndaşının da ölməsi
prezident Buşu Eskobarın ovuna sövq etmişdi. 1993-cü ildə isə Pablo
Eskobarın bombası yenə 20 nəfərin canını alır. Ölənlər arasında 4 uşaq
da vardı. Boqotanın kitabxanasında törədilən terror zamanı 70 nəfər
yaralanmışdı. Eskobar bu vəhşiliklə prezident Qaviriaya hüquqlarını
tələb etdiyini bildirmişdi.
Yeniyetmə qızlardan ibarət hərəm
Pablo 26 yaşında ikən 15 yaşlı Mariya Viktoriya ilə evlənmişdi. Bəlkə də yeniyetmələrə olan ehYtirası buradan formalaşmışdı. Kolumbiyanın bütün kasıb məhəllələrində yaşayan yeniyetmə qızlar Pablonun hərəminə gətirilirdilər. Hətta bir dəfə Eskobarın eyş-işrət gecəsindən sonra polis 24 qızın cansız bədənini tapır. 1991-ci ildə Eskobar özünə təmtəraqlı türmə tikdirir. Hər dəfə cinayətlərinə görə təslim olanda, özünü saraydan da gözəl türməsinə həbs etdirirdi. Qəribəsi odur ki, ölkə polisi bu binanın 5 kilometrinə də yaxın dura bilmirdi. Qara işlərini özünü həbs etdiyi zindanından idarə edir, yeniyetmə qızların istismarından qalmırdı.
Ailəsinin əzrayılı Eskobar
Eskobar öləndən sonra da ailəsi cəhənnəmin odunda yanmağa davam edir. Arvadı və oğlu Argentinaya köçür, sürgün həyatı sürür, adlarını dəyişir. Argentinada ikən qara pullar yumaq cinayətinə görə 15 aylıq həbs olunurlar. Lakin dəlil çatışmazlığı ucbatından azad olunurlar. Avadı etiraf edirdi ki, narkobaronun qara nəfəsi əbədiyyətədək onlarla olacaq. Sanki bütün dünya Eskobarın ruhu ilə də savaşırdı.
Qardaş qatili
Eskobarın oğlu Xuan Sebastyan Marrokin Santos atasının ölümündən uzun illər sonra "Pablo Eskobar-Mənim atam" kitabını yazır. Burada atasının ölümündə doğma qardaşının əli olduğunu da açıqlayır. "Əmim Roberto Eskobar mühasibatçı idi. Atamın əsas düşməni qardaşı idi. Həmişə də gizli təşkilatlarla onun məhvinə çalışırdı".
Xatırladaq ki, Pablo Eskobarın ölüm tarixi bu gün də Kolumbiyanın kasıb təbəqəsi üçün milli matəm günüdür.