65ed70522335d202403243322
Özündən 25 yaş böyük kişi ilə evləndi, ərini döyüb boşadı - FOTO/VİDEO

Məşhur müğənni Müşerref Akay etirafları ilə diqqət çəkib.

Qlobal.net BAKU.WS-ə istinadla xəbər verir ki, aparıcı Gökay Kalaycıoğlunun "Haber Bahane" proqramına qonaq olan ifaçı keçmiş ərini döyüb boşadığını etiraf edib. Sənətçi əri ona şiddət göstərdikdən sonra bu addımı atdığını qeyd edib:

"Bir gün o buna meyilləndi. Mən ona başdan demişdim. Çünki biz ailədə söyüş, təhqir, zorakılıq görməmişik. Biz çox elit və rahat bir ailə idik. Ona dedim ki, mənə əlini qaldırsan səni boşayacağam. Nəhayət, bir gün o, mənə qarşı zorakılıq etdi, amma mən də Çerkez qızıyım. Belə olmaz, elə olar dedim. Bunu etdikdən sonra ayrıldım, uşaqlarımı götürdüm və anamın evinə getdim. Döydüyüm adamın təkrar əlindən tutub gəzərəm?".

Proqram zamanı Müşerref atası evində yaşadığı günlərdən də danışıb. O bildirib ki, bir qardaşını itirib. Sənətçinin vəfat edən qardaşı Alen Delona bənzəyirmiş. Onu görən qızlar telefon nömrələrini yazıb cibinə atırmışlar. Müşerref həmin qardaşı ilə hər axşam kiçik otaqda xəyallar quraraq yatdığını bildirib.

Sənətçi ailə qurana qədər heç vaxt sevgilisi olmadığını da etiraf edib:

"Ata və anamı heç vaxt kədərləndirmədim. Evlənənə qədər sevgilim olmadı. Çünki atam mənə deyirdi ki, gözəl qızsan, ətrafında çoxlu oğlan ola bilər. Amma "mənim başımı aşağı etsən özümü asaram" deyirdi. Bu o qədər aır cümlə idi ki biri mənim arxamca gələndə atamın o sözləri yadıma düşürdü".

Müşerref ilk həyat yoldaşının özündən 25 yaş böyük olduğunu da deyib.

Xatırladaq ki, Müşerref Akay türk sənət musiqilsin sevilən simalarındandır. O 1952-ci ildə İstanbulda doğulub. Çərkəz qızıdr. O model Şenay Akayın bibisidir. 

Müşerref Akay, 14 yaşında "Hürriyet" qəzetinin təşkil etdiyi səs yarışmasın qatılıb. Orada müğənni Selami Şahinlə tanı olub. 

1971-ci ildə isə onun aktrisalıq fəaliyyəti başlayıb. 1983-cü ildə "Türkiyem" adlı filminde baş rolda çəkilib. 

Ətraflı videoda:

10.03.2024 12:32
show 2505