Özündən 17 yaş kiçik sevgilisi ilə görüntüləndi
“Kızılcık Şerbeti”nin “Giray”ı Kaan Taşaner yeni serialı “Bir Zamanlar İstanbul”un qalasında 17 yaş kiçik sevgilisi ilə görüntüləndi və sosial mediada tənqidlərə məruz qaldı.
Qlobal.net xəbər verir ki, Show TV-nin rekortmen serialı “Kızılcık Şerbeti”nə sonradan qatılan və amma hekayəsi uzun sürməyən “Giray” obrazı ilə gündəmə gələn Kaan Taşaner hazırda yeni layihəsi “Bir Zamanlar İstanbul” ilə izləyicilərinin qarşısına çıxmağa hazırlaşır. Yeni serialı böyük maraqla gözlənilən Taşaner layihəsinin qalasına özündən 17 yaş kiçik sevgilisi Seray Dura ilə qatıldı. Əl-ələ görüntü verməkdən çəkinməyən Taşaner sosial mediada tənqidlərə məruz qaldı.
Gənc sevgilisi ilə kameralar qarşısına çıxan Kaan Taşaneri sosial mediada “bacı-qardaş kimidirlər”, “Qız çox balaca görünür”, “Niyə bu qədər yaş fərqi var?” kimi şərhlərlə tənqid etdilər.
Kaan Taşaner daha əvvəl sevgilisi ilə arasındakı yaş fərqi barədə verilən tənqidlərə cavab olaraq “Onları yazanların düşüncələridi. Xırda detallara baxmaq ehtiyacı duyublar” demişdi.
Səbinə
Qlobal.net