
Foto model və müğənni Müjgan Ayxan açıqlaması ilə diqqət çəkib.
Qlobal.net xəbər verir ki, o estetik əməliyyatları barədə suala maraqlı cavab verib.
“Özümü 4 dəfə yığdırmışam. Daha sonra dördünü də yenidən sökdürmüşəm. Hazırda qarşınızda sıfır estetiksiz xanım oturub. Əməliyyatlarıma görə peşman deyiləm. Yaxşı ki mən elədim hamı qaçıb təkrarladı”.
Müjgan türkiyəli müğənni Ebru Gündeşə bənzədilməsindən də danışıb: “Mən ona oxşaya bilərəm. Elə bir tərbiyəm var ki, məndən böyükdür. Gözəl xanımdır. Xasiyyətcə isə Afət Fərmanqızına bənzəyirəm.
