Özcan Denizin qardaşından şok açıqlama: “Anamızı evdən qovdu"
Məşhur sənətçi Özcan Dəniz ailəsi ilə yaşadığı problemlərlə gündəmdən düşmür. Bir müddətdir ki, böyük qardaşı və keçmiş meneceri Ercan Dəniz ilə münasibətləri pozulan müğənni və aktyor Özcan Dənizin ailəsində qarışıqlıq yaşanır.
Qlobal.net bildirir ki, bu barədə Özcan Dənizin qardaşı Ercan Dəniz son vəziyyəti danışıb: “Özcan anamızı evdən qovdu, bacımız Yurdanı isə övladının gözü qarşısında döydü”.
Özcan Dəniz bu iddialarla bağlı açıqlama verməsə də, bacısı Yurda Güler onun “ailəmlə əlaqəm qalmayıb, mənə zərər verirlər” sözləri ilə cavab verib.
Digər tərəfdən Özcan Dəniz meneceri və qardaşı Ercan Dənizlə mübahisə edərək, ona maddi-mənəvi zərər verdiyini düşündüyü yaxınlarını həyatından çıxardığını açıqlayıb. Qardaşlar arasındakı anlaşmazlıq səbəbindən yolları ayrılıb və Özcan Dəniz öz komandası ilə davam etmək qərarına gəlib.
Səbinə
Qlobal.net