65a37cdbc8c36202401241907
Soyuq havada sürücülərə avtomobilə düzgün qulluq etmələri üçün QIZIL QAYDA - VİDEO

Qışda avtomobillərdə ən çox problem soyutma sistemlərində baş verir.

Digər fəsillərdə mühərrikin soyutma sisteminə, yəni radiatora su töktükləri üçün qışda şaxtalı havada bu da problemlərə gətirib çıxarır.

Avtomobil ustası Dəniz Ağabəyli "Xəzər Xəbər"ə bildirib ki, avtomobili qış fəsilinə hazırlamayan sürücülər bu günlərdə minlərlə manat ziyana düşə bilərlər.

Usta qeyd edir ki, soyuq havaya hazır olmayan avtomobillər çox vaxt qəza şəraitinin yaranmasına səbəb olur. Dəniz Ağabəyli hesab edir ki, qışda avtomobilin əyləc mayesini də yeniləmək mütləqdir.

Avtomobil yağıntılı havada sürüşməsin deyə onun təkərləri də yaxşı olmalıdır. Bu səbəbdən də qarlı havada sürücülərə qış təkərlərindən istifadə etmək məsləhət görülür.

Usta sonda əlavə edib ki, əgər sürücülər bunlara diqqət etməsələr, qışda avtomobildə yaranan texniki nasazlıq səbəbindən qəza da baş verə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
14.01.2024 10:16
show 1016