toy
Toyuna 1 gün qalmış xəyanəti öyrəndi, görün necə qisas aldı

Aylardır arzuladığı toy üçün dəqiqələri sayarkən aldandığını öyrənən Keysi adlı qadının intiqamı günün ən çox danışılan mövzularından birinə çevrilib.

Keysi 6 ildir həyatının eşqi olduğuna inandığı Alekslə evlənmək üçün həyəcan keçirərkən nişanlısının uzun müddətdir onu aldatdığına dair mesaj alıb. Toydan əvvəl dostları ilə bir oteldə qaldığını izah edən Keysi telefonunda mesajı ilk görəndə bunun yeni təbrik mesajı olduğunu düşünüb. Ancaq tanımadığı nömrədən gələn mesajda "Mən onunla evlənməzdim. Sən evlənərsən?" yazılıb. Mesajla yanaşı, adı açıqlanmayan qadın nişanlısının mesajlarını və birlikdə çəkilmiş şəkillərini də göndərib.

Dostlarının qarşısında göz yaşlarına boğulan qadın yazışma tarixlərini yoxlayanda nişanlısının bu qadınla çoxdan görüşdüyünü, bəzi mesajların isə hətta bir neçə gün əvvələ aid olduğunu aşkar edib. Aleks aldatdığı qadınla həftə sonu gəzintisi də planlaşdırırdı və bunu mesajlarında açıq şəkildə bildirib.

Qəzəblənən dostları Keysidən dərhal Aleksə zəng vurub toyu ləğv etdiyini söyləməsini xahiş etsələr də, gənc qadın hamının gözü qarşısında qisasını almaq istəyib: "Gəlinliyimdə otağın qarşısında dayanıb dostlarımın üzünə baxdım. Əllərim titrəyirdi. Bu, həyatımın ən xoşbəxt günü olmalı idi, əksinə, arzuladığım münasibətin son günü idi. Üstəlik, bütün ailəm və sevdiklərim bu anın şahidi olacaqdılar".

O, dərindən nəfəs aldıqdan sonra kütləyə "görünür, Aleks düşündüyüm adam deyilmiş" deyib. Gəlin bildirib ki, bəy uzun müddətdir ki, onu aldadır. Daha sonra Keysi çiçəyin altında gizlətdiyi telefonu çıxarıb və bəyin mesajlarını oxumağa başlayıb:

"Dediyim hər sözlə Aleksin rəngi dəyişirdi. Onun deməyə sözü yox idi. O, dostu ilə birlikdə kilsəni tərk etdi. Ailəsi onun gedişini dəhşət içində izlədi".

Bəy toy məkanını tərk etdikdən sonra qonaqlar gəlini alqışlamağa başlayıblar. Keysi arzusunda olduğu toyunu reallaşdıra bilməsə də, sevdikləri ilə əyləncəli ziyafət keçirib. Gəlinin qisası sosial media ilə yanaşı beynəlxalq mediada da diqqət çəkib. (publika)

09.11.2023 13:16
show 5345