64bfba906d36a202307230536
"Öyrənmisiniz dodağı böyük..." - Əməkdar artistin bloger qızı

"Mənə heç kəsin fikri önəmli deyil. Məni sevən insan belə sevir. Baş bağlayan zaman elə geyinmək lazımdır ki, insanlar çevrilib sənə baxmasın. Bəziləriniz bunu bilmirsiniz. Qınamıram sizi... Öyrəşmisiniz dodaqları böyük, gözündə makiyaj olan xanımları görməyə... Başını düzgün bağlaya bilməyən qadınları görməyə o qədər öyrəşmisiniz ki, artıq bəzəksiz birini görəndə sizə qəribə gəlir".

Qlobal.net baku.ws-ə istinadən bildirir ki, bu sözləri Əməkdar artistin Rafael İsgəndərovun bloger qızı Gülarə İsgəndərova deyib.

Dindar olan Gülarə qapalı geyimini bəyənməyib ona irad bildirən izləyicilərini tənqid edib. Bloger geyimlərinin normal və İslam adətlərinə uyğun olduğunu bildirib:

"İstədiyim paltarı istədiyim yerə toya, dükana geyinə bilərəm. Bu mənim üçün problem deyil. Sizin üçün də problem olmamlıdır. Mən "Fashion bloger" deyiləm ki, burada mənim geyimlərim müzakirə edilsin. Mənə belə rahatdır. İstəsəm bir paltarı 1 gün, istəsəm 10 gün də geyinərəm. Bu heç kimin işi deyil və heç kim buna qarışmamalıdır".

Xatırladaq ki, Gülarə İsgəndərova evlidir. Onun bir qızı var.

25.07.2023 16:05
show 1092