Öykü Gürman 4 avqust 1982-ci ildə İstanbulda dünyaya gəlmişdir. Öykü Gürman əslən Trabzonun Of rayonundandır. Onun Bərk adlı əkiz qardaşı var.
Qlobal.net bildirir ki, o, ibtidai təhsilini Özel Efdal Ana və İlkokulunda, orta məktəb və liseyi isə İstek Vakfı Acıbadem Lisesi və Pera Güzel Sanatlar Lisesində almışdır. Ali təhsilini İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında tamamlamışdır.
Öykü Gürman musiqi təhsilinə skripka və vokal dərsləri alaraq başlamışdır.
2007-ci ildə əkiz qardaşı Berk Gürman ilə qurduğu musiqi qrupu ilə geniş auditoriya tərəfindən tanınmışdır. Onların ifa etdiyi "Evlerinin Önü Boyalı Direk" mahnısı böyük maraq qazanmışdır. Gürman qardaşlarının birlikdə fəaliyyəti 2010-cu ildə sona çatmışdır.
Öykü Gürmanın musiqi üslubu Aralıq dənizi və Ərəb musiqisini birləşdirmək üzərində qurulmuşdur. İlk albomunu 2007-ci ildə "Kısmet" adı ilə çıxarmışdır. Bu albomda Berk Gürmanın imzası olan mahnılarla yanaşı, türkülər də flamenko tərzində işlənmişdir.
O, TRT 1 kanalında "Boyalı Direk" adlı musiqi və söhbət proqramı hazırlayıb və təqdim etmişdir. Bundan əlavə, Show TV-də yayımlanan "Öykü Gürman ilə Günün Yemeği" adlı proqramda gündüz kuşağında yer almışdır.