Şou-biznes
Oxuduğum mahnılar sənət deyil – Manafdan ETİRAF

Manaf Ağayev “Rəngarəng” verilişində səmimi etirafı ilə diqqət çə’kib.
Qlobal.net xəbər verir ki, sənətçi bildirib ki, ifa etdiyi mahnıların çoxu sənət nümunəsi deyil, ancaq toy məclislərinə görə oxuyur:
“Mənim oxuduğum mahnılar bu günkü günüm üçün vacibdir. Amma onların heç biri sənət deyil. Sadəcə toy üçün oxuyuram. Hər kəs çörək qazanmaq üçün mahnı çıxardır. Sənət baxımından baxsan, bu gün oxunan bir çox mahnılar heç biri sənət üçün deyil”, – deyə o vurğulayıb.