Maraqlı

Övladlarını faciəli şəkildə itirən milyonçu xanımının ACI HƏYAT HEKAYƏSİ

Bu xanım kasıb oğlana ərə gedərkən onun illər sonra Bakının ən məşhur milyonçusu olacağından xəbərsiz idi.

Qlobal.net xəbər verir ki, o, Bakıda Kərbəlayi Cəfərin ailəsində dünyaya göz açıb. 1871-ci ildə ailə həyatı qurur. Ərinin aldığı torpaqda neft fondan vurur və o, milyonçuya çevrilir. Beləliklə, dəbdəbəli həyat başlayır. Təmtəraqlı ziyafətlərdə iştirak edərkən bu qadının üzərindəki ləl-cəvahiratın çəkisi 700 qram olardı. Bu yalnız həmin qadına xas olan xüsusiyyət idi. Bir müddət ailəsi ilə birlikdə indiki Zərgərpalan küçəsindəki ikimərtəbəli evdə yaşayırlar.

Milyonçu əri onu boşamadan ikinci dəfə ailə həyatı qurur.  Onlar bir müddət birlikdə yaşadıqdan sonra övladları ilə birlikdə bu xanım Nizami küçəsindəki digər dəbdəbəli ikimərtəbəli evə köçür.

Milyonların və qır-qızılın içində yaşayan bu xanımın həyatında get-gedə facilər başlayır. Əvvəlcə yeni ailə qurmuş qızı doğuş zamanı 1900-cü ildə dünyasını dəyişir. Ümbülbanu milyonçu Şəmsi Əsədullayevin xanımı idi. Onların nikahından bir qız doğulmuşdu. Bu qız sonradan Parisdə yaşadı və bütün dünyada yazıçı Banin kimi tanındı.
Nağıyevin yazıçı nəvəsi bu yaxınlarda rəhmətə gedib.

Bu hadisədən 2 il sonra xaricdə təhsil almış oğlu anidən vərəmə yoluxur. Oğlunun ağırlaşmış xəstəliyinə ərinin milyonları belə kömək edə bilmir. Dünyanın ən yaxşı xəstəxanalarında müalicə almasına baxmayaraq, onun 27 yaşlı yeganə oğlu Ağa İsmayıl İsveçrədə vərəmdən öldü. 1908-ci ildə atası onun nəşini Kərbəlaya köçürdü və vəsiyyət etdi ki, öləndə onu da müqəddəs məkanda, oğlunun yanında dəfn etsinlər.

Hər iki övladını itirmiş qadının 1919-cu ildə milyonçu əri də vəfat edir. Onun mirası iki arvadı arasında yarıya bölünür. 1920-ci ildə bolşeviklər qadına qalan mirası və evləri müsadirə edirlər. Sovet hökuməti icazə verir ki, ibirinci evində bacısı oğlunun himayəsində yaşasın.

1934-cü ildə ailəsiz və milyonlarsız qalan qadın dünyasını dəyişir.

Bu qadın bilirsiniz kimdir?

Ağamusa Nağıyevin birinci və müsəlman həyat yoldaşı, İsmayıl və Ümbülbanunun anası Ümməsəlmə Kərbəlayi Cəfər qızı.

 

Related Articles

Bir cavab yazın

Back to top button