Şou-biznes

Övladlarıma heç kim toxuna bilməz, onun başı üçün deyil – Rəqsanədən AÇLQLAMA

Hazırda həbsdə olan müğənni Rəqsanə İsmayılovanın azadlıqda olan zaman televiziya verilişlərinin birindəki açıqlaması gündəm olub.

Qlobal.net xəbər verir ki, müğənni açıqlamasında övladlarına olan sevgisindən danışıb:

“Mənim övladlarıma heç kim toxuna bilməz. Nə də onun başı üçün deyil. Onda gərək mən öləm, üstümdən maşın keçə, mən olmayam, onda mənim uşaqlarıma kimsə toxuna builər. Övladlarım üçün hər zaman həyatımı qurban vermişəm. Bu gün də, Allahıma çox şükür ki, onların arxalarında Fazil kimi ataları var”.

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub.

Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от oxu24.az (@oxu24.az)

Related Articles

Bir cavab yazın

Back to top button