ABŞ-ın Ayova ştatında yeni qoyulmuş baş daşı internet istifadəçilərinin diqqətini cəlb edib.
Qlobal.net lent.az-a istinadla xəbər verir ki, daşda ilk baxışda qeyri-adi heç nə yoxdur. Lakin sətirlərin birinci hərflərini alt-alta oxuduqda ingilislərin məşhur söyüşü ortaya çıxır.
Jurnalistlər mərhumun uşaqlarının da məsələyə münasibətini öyrəniblər. Onlar bildiriblər ki, ataları bu söyüşdən gündəlik istifadə etdiyi üçün qəbir daşına yazdırmağı qərara alıblar. Söyüş heç kimə qarşı yönəlməyib.