photo_21178982
04.01.2022
01:29
36

"Övladımın olması üçün milyonlar tökdüm" - Elnur

Müğənni Elnur Məmmədov "Günün sədası" proqramına qonaq olub.


Medicina.az xəbər verir ki, bu günlərdə ata olan sənətçi yaşadığı çətinliklərdən bəhs edib:

"Dünyanı gəzdim, milyonlar tökdüm. Sadəcə bunun açıqlamasını bilmək üçün. Mənim üçün ismətli ailənin olması var-dövlətdir. Allah qarşısında baş əyəndə, deyirəm ki, şükür, mənə ismətli ailə nəsib etdin, doğrultdun. Mənə ömrümün axırına kimi övlad verməsən belə çox xoşbəxtəm. Çünki istəyərək seçdiyim ömür yoldaşım var. Amma yenə də hər dəfə Allahla danışanda dua edirdim ki, mənim də ailəmdə övladım olsun. Atam, anam mürvətimi görsün. Dünyanı gəzib həkimlərə gedirdim. Azərbaycanda həkim yanına getmirdim. Çox üzr istəyirəm, 5-ə yaxın övladım olub, qalmayıb. Qismətdir, taledir. Övladım dünyaya gələnə qədər də beşik almağa ürək etmirdim. Deyirdim, alaram, bu da boşa gedər. Amma bir həkim məni doğru yönəltdi. Hər bir şeyə qədər yoxlanıldı. Cüzi bir problemdən 10 ildir əziyyət çəkirmişəm".


Qeyd edək ki, Elnur 2011-ci ildə ailə həyatı qurub. Müğənni bu ilin noyabrında ata olub. O, övladına İnam adını verib.