Övladları olmayan evli cütlük analiz veriblər, dəhşətli həqiqət dünyanı şoka salıb
ABŞ-da süni mayalanma yolu ilə övlada sahib olmaq istəyən cütlük klinikaya gedərək DNT analizi verib. Nəticə təkcə onları yox, bütün dünyanı şoka salıb.
Missisipidə baş verən bu hadisənin sorağı qısa zamanda bütün dünyaya
yayılıb. Övladları olmayan cütlük çarəni süni mayalanmada görüb. Bu
məqsədlə klinikada DNT analizi verən cütlüyün əkiz olduqları üzə çıxıb.
Bununla bağlı klinikanın həkimi İngiltərənin "San" nəşrinə açıqlama verib: "Müalicə müddətində adətən genetik keçmişi bilmək üçün qadın və
kişidən DNT nümunələri götürürük. Bu, ənənəvi bir prosesdir və normalda
iki nümunə arasında bağlılıq olub-olmadığına fikir vermirik. Ancaq bu
dəfə laboratoriyanın assistentləri iki nümunədəki bənzərliyi görəndə
təəccüblənib. Əvvəlcə onların qan qohumu olduqlarını düşünüblər. Ancaq
genetik oxşarlıq qohumluqdan da uzağa gedən bir tablo ortaya çıxarıb.
Hər iki xəstənin doğum tarixinin eyni olduğunu görəndən sonra onların
əkiz olduğuna şübhə yeri qalmayıb".
Həkim bəxtsiz cütlüyə bu xəbəri verəndə onlar bunu zarafat kimi qəbul
edib. DNT testinin cavablarını göstərəndən sonra onlar da şoka düşüb.
Mənbənin yazdığına görə, universitetdə tanış olan cütlüyün bioloji
valideynləri avtomobil qəzasında həyatını itirdikdən sonra əkizlər
fərqli ailələr tərəfindən övladlığa götürülüb. Ailələr də onlara
əkizinin olduğunu bildirməyib.
Həkimin sözlərinə görə, əkiz cütlük gələcək üçün planlar qurmaqda davam edir. (Publika.az)