Ermənistan ordusunun ötən günki genişmiqyaslı təxribatı nəticəsində şəhdi olan hərbçimiz, Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının tabeçiliyində olan "Komando" birliyinin hərbçisi, Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini, 1994-cü il təvəllüd Fərid Kəmaləddin oğlu Mehbalıyevin AzTV-yə açıqlaması zamanı lentə alınmış görüntüləri yayılıb.
Qlobal.net xəbər verir ki, videoda hərbçimiz bir gənc olaraq dövlətimizə, dövlətçiliyimizə sadiq olacağını bildirir.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Fərid Kəmaləddin oğlu Mehbalıyevin Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyevin əmisi nəvəsi olduğu bildirilir.(yenipress.az)