Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Hatay vilayətində baş verən zəlzələ zamanı 6 nəfər həyatını itirib.
Qlobal Türkiyə KİV-nə istinadən xəbər verir ki, zəlzələ zamanı dünyasını dəyişən 5 nəfərlə bağlı ürəkdağlayan fakt ortaya çıxıb.
Məlumata görə, həyatını itirən 5 nəfərin 16 gün öncə Kahramanmaraşda baş verən zəlzələlər zamanı dağıntılar altında qaldığı müəyyən edilib.
Bildirək ki, ötən gecə baş verən zəlzələlər zamanı 18-i ağır olmaqla 294 nəfər yaralanıb.