678f3469d03b9202501254513

Oteldə baş verən yanğında jurnalist və ailəsi itkin düşdü - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur xizək kurortu Kartalkayada yerləşən "Grand Kartal" otelində gecə saatlarında baş verən yanğında 10 nəfər həlak olub, 32 nəfər isə yaralanıb.

Qlobal.net Türk mediasına istinadən xəbər verir ki, yanğında ailəsi ilə birlikdə oteldə qalan "Sözcü" qəzetinin yazarı, jurnalist Nedim Türkməndən isə xəbər yoxdur.

Türkmenin qızı Ala Türkmenin yanğın anında göndərdiyi son mesaj ortaya çıxıb:

"Grand Kartal otağı 9013, eniş zolağına baxan tərəfdə yanğında qapalı qaldıq. Ailəmizdən xəbər yoxdur. Təcili yardım" .Hadisə ilə bağlı axtarış-xilasetmə işləri davam edir. (milli.az)

21.01.2025 16:31
show 76