Öskürəyi ən tez nə kəsir?

Öskürəyi ən tez nə kəsir?

Öskürək – bədənin yuxarı (boğaz) və aşağı (ağciyər) tənəffüs yollarından qıcıqlandırıcı maddələri uzaqlaşdırmaq üçün ortaya çıxan təbii refleksdir. Öskürək bədənin özünü qoruma mexanizmlərindən biridir.

Qlobal.net bildirir ki, ara-sıra baş verən öskürək normal sayılır. Amma davamlı və keçməyən öskürək bir xəstəliyin əlaməti ola bilər.


Öskürək növləri hansılardır?

  • Kəskin öskürək: 3 həftədən az davam edir.

  • Subkəskin öskürək: İnfeksiyadan sonra 3-8 həftə davam edən öskürək.

  • Xroniki öskürək: Böyüklərdə 8, uşaqlarda isə 4 həftədən uzun çəkir.

  • İnadkar (keçməyən) öskürək: Müalicəyə baxmayaraq davam edən xroniki öskürəkdir.


Öskürək nədən yaranır?

Kəskin öskürəyin səbəbləri:

  • Zökəm, soyuqdəymə

  • Qrip

  • Qıcıqlandırıcı maddələrin (toz, tüstü, kimyəvi maddə) tənəffüsü

  • Ağciyər iltihabı

  • Boğmaca

Xroniki öskürək səbəbləri:

  • Allergiyalar

  • Astma (xüsusilə uşaqlarda)

  • Bronxit

  • Qastroezofageal reflü (GERD)

  • Burun axıntısı

Digər səbəblər:

  • Kəskin və xroniki sinusit

  • Bronşektaziya

  • Bronşiolit (uşaqlarda)

  • Boğulma

  • KOAH

  • COVID-19

  • Krup (xüsusilə uşaqlarda)

  • Kistik fibroz

  • Amfizem

  • Ürək çatışmazlığı

  • Laringit

  • Ağciyər xərçəngi

  • ACE inhibitorları (bəzi təzyiq dərmanları)

  • Nevromüsküler xəstəliklər

  • Ağciyər emboliyası

  • RSV (xüsusilə körpələrdə)

  • Sarkoidoz

  • Vərəm (tuberkulyoz)


Öskürək necə yaranır?

Öskürək – bədənin boğazda və tənəffüs yollarında selik, mikrob və toz kimi qıcıqlandırıcılara verdiyi avtomatik refleksdir. Hapşırmaq və göz qırpmaq kimi, öskürmək də orqanizmi qorumağa xidmət edir.


Öskürəyi ən tez nə kəsir?

Aşağıdakı üsullar öskürəyi azaltmağa və ya tam keçirməyə kömək edə bilər:

  • Bol su içmək

  • Toyuq bulyonlu şorba

  • Bitki çayları (ıhlamur, zəncəfil, nanə, adaçayı)

  • İlıq suya bal və limon əlavə edib içmək

  • Duzlu su ilə qarqara etmək

  • İsti duş qəbul etmək

  • Boğaz pastili istifadə etmək

  • Buxarlı hava ilə nəfəs almaq


Gecə tutan öskürək krizinə nə yaxşı gəlir?

  • İsti içkilər içmək (bal ilə süd, bitki çayları)

  • Rütubətli otaqda yatmaq

  • Başın yüksək vəziyyətdə yatması

  • Yatmazdan əvvəl duzlu su ilə qarqara


Xırıltılı öskürək necə keçər?

Xırıltılı öskürək viruslar, astma, allergiyalar və bəzi ciddi xəstəliklər nəticəsində ola bilər. Ev şəraitində aşağıdakı üsullarla yüngülləşdirilə bilər:

  • Bal (yatmazdan əvvəl 1-1.5 çay qaşığı)

  • Bitki çayı (bal ilə)

  • Bol su içmək (mukusu incəldir)


Bəlğəmli öskürəyə nə yaxşı gəlir?

  • Havanın nəmləndirilməsi (rütubət artırılmalıdır)

  • Bol su içmək

  • Duzlu su ilə qarqara (1 stəkan ilıq suya yarım qaşıq duz)

  • Bəlğəmsökücü dərmanlar (apteklərdə reçetesiz satılır)

  • Okalipt və nanə yağı ilə buxar (isti suya damlatmaqla)

  • İsti duş (buxarı dərin nəfəs almaq)

  • Zəncəfil, kəklikotu və mixək çayları

  • Bal yemək


Qıcıq şəklində öskürək necə keçər?

Boğazda qaşınma, gıcqırtı sinüzit, susuzluq və iltihab nəticəsində ola bilər. Gərginliyi azaltmaq üçün:

  • Limonlu isti çay

  • Boğaz pastili

  • Dincəlmək


Alergiya öskürəyi necə tanınır və necə keçər?

Alergiya öskürəyi adətən qurudur (bəlğəmsizdir). Boğazın arxasında gıdıklanma və ya qıcıqlanma hissi ilə müşayiət oluna bilər. Bu öskürək allergen aradan qaldırılana qədər davam edə bilər. Müalicə üçün həkim məsləhəti ilə antihistaminik dərmanlar istifadə oluna bilər.


Davamlı (xroniki) öskürək necə müalicə olunur?

Öskürəyin səbəbini tapmaq əsas şərtdir. Bir çox halda birdən çox amil öskürəyə səbəb ola bilər. Qastroezofageal reflü, astma, sinusit, KOAH kimi xəstəliklər xroniki öskürəyə səbəb ola bilər.


Uşaqlarda öskürək necə keçər?

Əgər uşaq normal yeyir, içir, nəfəs alır və xırıltı yoxdursa, narahatlıq yaratmır. Bal və limonlu çay rahatlaşdırıcı təsir göstərir. Soyuqdəymə sonrası öskürək həftələrcə davam edə bilər. Əgər 3 həftədən çox davam edirsə, mütləq həkimə müraciət olunmalıdır.


Körpələrdə öskürək necə müalicə olunur?

  • Burun tutulduqda nəfəs alma və yemək çətinləşə bilər.

  • Duzlu burun damlaları burun axıntısını azalda bilər.

  • Gün ərzində 2-3 dəfə istifadə oluna bilər.

  • Sıvı qəbulu artırılmalıdır.


Öskürək körpəyə zərər verərmi?

Bətn içindəki körpə amniotik maye ilə qorunduğundan, hətta güclü öskürək belə ona zərər vermir. Ancaq öskürəyə səbəb olan əsas xəstəlik müalicə olunmazsa, dölə zərər verə bilər.


Hamiləlikdə öskürək evdə necə müalicə olunur?

  • Bol sıvı qəbul etmək

  • Havanın rütubətini artırmaq

  • Bal və limonla çay içmək

  • Duzlu su ilə qarqara

  • Burun axıntısı varsa duzlu damcıdan istifadə etmək


İnadkar öskürəyin səbəbləri nədir?

  • Virus infeksiyalarından sonra qalan öskürək

  • Astma

  • Uzunmüddətli sinusit və burun axıntısı

  • KOAH

  • Boğmaca

  • Ağciyər və qırtlaq xərçəngi

  • Bronşektaziya

  • Vərəm

  • Kistik fibroz

  • Silikoz

  • Reflü

  • Yuxuda nəfəsin dayanması (apnoe)

  • Ürək çatışmazlığı


Öskürək üçün həkimə nə vaxt müraciət edilməlidir?

Əgər öskürəklə birlikdə aşağıdakı simptomlar varsa, dərhal həkimə müraciət edin:

  • Xırıltı

  • Qızdırma, titrətmə

  • Sarı, yaşıl və ya qanlı bəlğəm

  • Boğulma hissi

  • Nəfəs almaqda çətinlik

    Fatimə
    Qlobal.net

11.04.2025 13:03
show 184