Oruc tutmaq xəstəliklərin dərmanıdır

Oruc tutmaq bu xəstəliklərin dərmanıdır

Türkiyəli Daxili Xəstəliklər Mütəxəssisi Dr. Özkan Akyol orucun iltihabı azaltdığını və xərçəng hüceyrələrinin çoxalma sürətini yavaşlatdığını açıqlayıb.

 

Qlobal.net bildirir ki, həkim qeyd edib ki, bu cür qidalanma nümunələrinin hüceyrə səviyyəsində yenilənmə proseslərini dəstəkləyərək ümumi sağlamlıq üçün uzunmüddətli faydalar təqdim edir. 

 

Akyol oruc tutmaqla yanaşı sağlam həyat tərzi vərdişlərinin mənimsənilməsinin fiziki və ruhi rifahı artıra biləcəyini də əlavə edib.

 

Orucun sağlam insanlarda faydalarından bəhs edən Dr. Özkan Akyol "Oruc, həzm sisteminin dincəlməsinə imkan verərək kalorilərin daha sağlam şəkildə yandırılmasına kömək edir. Xüsusilə həzm sistemi sağlamlığı zəif olan insanlarda oruc, qidaların enerjiyə çevrilməsinə və yağların parçalanmasına əhəmiyyətli dərəcədə töhfə verir. Müntəzəm oruc tutmaq metabolik sağlamlığa faydalı olmaqla yanaşı, bağırsaqların sağlam fəaliyyətinə də kömək edir" deyib.

 

Mütəxəssis Dr. Akyol Ramazan ayının sağlamlığa iki əsas faydası olduğunu bildirib: həzm sistemi və psixoloji faydalar. Oruc zamanı yığılan yağlar yağ hüceyrələri vasitəsilə yandırılır, sağlam arıqlama isə bu proseslə baş verir. Az kalorili qida qəbul edərək bu nəticəyə çatmaq mümkündür. Elmi araşdırmalar insulinin oruc zamanı sağlamlıq üzərində müsbət təsir göstərdiyini ortaya qoyub.

 

Dr. Akyol orucun bədəni yenilədiyini və beyində yeni kök hüceyrələrin yaranmasını dəstəklədiyini qeyd edir. Oruc Parkinson və Alzheimer kimi xəstəliklərə qarşı qoruyucu ola bilər, immunitet sistemini gücləndirir, sərbəst radikalların zərərlərini aradan qaldırır və xərçəng hüceyrələrinin yayılmasını yavaşlatır. Həmçinin, həzm sistemini təmizləyərək qaraciyər və böyrəklərdəki toksinləri aradan qaldırır və dərini yeniləyir.

Səbinə

Qlobal.net


28.02.2025 08:55
show 33