Oruc tutarkən nələrə diqqət etməliyik?
Oruc tutarkən nələrə diqqət etməliyik?
Bir ay ərzində günün müəyyən saatlarında yeyib-içməkdən çəkinməyi tələb edən Ramazan ayı bütün dünya müsəlmanları üçün çox önəmlidir. Bəs oruc tutarkən necə qidalanmalıyıq və nələrə diqqət etməliyik?
Qlobal.net bildirir ki, gün ərzində toxluq hissinin daha uzun olması, təzyiqin dərhal aşağı düşməməsi və ya susuzluğun ciddi həddə çatmaması üçün axşam və sahurda qəbul edilən qidalara diqqət yetirilməlidir.
Sahurda nə yeməliyik və nələrə diqqət etməliyik?
Sahur günün ilk yeməyi hesab olunur. Sahurdan sonra uzun müddət yemək-içmək dayandırılacağı üçün ən çox diqqət tələb edən və edilməsi lazım olan yeməkdir. Əks halda aclıq və susuzluq uzanacaq və baş ağrıları, aşağı təzyiq, aşağı şəkər və s. simptomlar baş verə bilər. İstifadə etdiyimiz qidalar çox yağlı, duzlu və ya ədviyyatlı olmamalıdır.
1.Ən keyfiyyətli protein mənbələrimizdən biri olan yumurta istehlak etməyə çalışaq.
2. Keyfiyyətli karbohidrat və lif mənbəyi olan yulaf, tam buğda, çovdar və ya tam taxıllı çörəklərə üstünlük verilməlidir.
3.Az duzlu və yarı yağlı pendirlər istehlak edilməlidir.
4.Çiy fındıq, qoz, badam kimi bitki və keyfiyyətli yağ mənbələri istehlak edilməlidir.
5. Qatıq, kefir, süd kimi sizi uzun müddət tox saxlaya biləcək qidalara üstünlük verilməlidir.
6.Qəbizlik problemlərindən qaçmaq üçün quru ərik, gavalı və ya xurma kimi meyvələr müəyyən miqdarda istehlak edilməlidir.
7. Vitamin və mineral çatışmazlığı, qəbizliyin qarşısını almaq və toxluq müddətini artırmaq üçün tərəvəz/göyərti istehlakına diqqət yetirilməlidir.
8.Su istehlakına diqqət yetirilməlidir.
İftarda nə yeməliyik və nələrə diqqət etməliyik?
Uzun bir aclıq və susuzluq günündən sonra birdən-birə həddindən artıq maye qəbuluna və ya qida istehlakına müraciət etməməlisiniz. Ani kramplar, başgicəllənmə, baş ağrısı və ya ürəkbulanma baş verə bilər.
1.İlk öncə 1 və ya 2 stəkan su içməklə orucu pozmaq lazımdır.
2.Daha sonra az yağlı şorba yeyə bilərsiniz.
3. Xurma keyfiyyətli karbohidrat və lif mənbəyi kimi istehlak edilə bilər.
4.15 dəqiqə istirahət etdikdən sonra əsas yeməyə başlamaq lazımdır.
5.Yemək çox yağlı, ədviyyatlı və ya acı olmamalıdır.
6.Paxlalılar, tərəvəzlər və ətin istehlakı balanslaşdırılmış olmalıdır.
7. Qırmızı ət, balıq və ya toyuq qızardılmamalı, bişmiş və ya qrildə bişirilməlidir.
8.Qatıq, ayran, və s. Südlü qidaların istehlakı nəzərə alınmalıdır.
9.Turşu və şəkərli içkilər yerinə su, ayran, bitki çayı, şəkərsiz kompot istehlak edilə bilər.
10.Çörək üçün tam buğda, çovdar və ya daha az miqdarda Ramazan pidesinə üstünlük verə bilərsiniz.
Səbinə
Qlobal.net