photo_20493491
Ordumuzun məhv etdiyi erməni hərbçilərin FOTOları

"Ermənistan tərəfindən 49 hərbçi ölüb".

Bu barədə məlumatı Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı açıqlayıb.

Onun sözlərinə görə, bu, hələ son rəqəm deyil.


Milli.Az bildirir ki, Ermənistan Silahlı Qüvvələrinin itkiləri daha çoxdur. İrəvandakı hospitallarda ən azı 78 yaralının olduğu vurğulanır. Onların 24 nəfərinin vəziyyəti kritikdir.

Ölən erməni hərbçilərə gəldikdə isə, ermənilərin sosial şəbəkələrdə yazdıqlarına görə, onların sayı 65 nəfərdir.

Ermənistanın müdafiə Nazirliyi itkilərlə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.



13.09.2022 13:17
show 328