64356e67ca3c5202304232751

Ordumuzun məhv etdiyi düşmən əsgərlərinin sayı açıqlandı - Korpus komandiri ağır yaralanıb

Xəbər verdiyimiz kimi, bu gün erməni silahlı birləşmələri Azərbaycanla sərhəddə növbəti təxribatı törədib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Ordumuzun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür. Ətraflı 
Qlobal.net xəbər verir ki, "Hraparak” qəzeti Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 3 erməni hərbçisinin öldüyünü, çoxlu sayda yaralının olduğunu yazıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.
Gorus rayonunun Dığ kəndi istiqamətində baş verən atışma nəticəsində yaralananlardan biri Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyandır. Onun vəziyyəti ağırdır. Armen Gözləyan Gorusda yerləşən tibb mərkəzində cərrahiyyə əməliyyatı olunub.
11.04.2023 18:27
show 889