məhərrəm əliyev
08.11.2022
11:41
351

"Ordumuz hazır vəziyyətdədir" - Generaldan mühüm Xankəndi AÇIQLAMASI

"Azərbaycan Ordusu hazır vəziyyətdədir. Biz təkcə erməni quldurları ilə müharibə aparmırıq, onların yardımçıları çoxdur. Prezident İlham Əliyev sərhədlərin müəyyənləşdirilməsi, o cümlədən Xankəndi ilə bağlı dünya miqyaslı işlər həyata keçirir. Hesab edirəm ki, bu məsələ də həllini tapacaq”.  

Qlobal.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev "Trend TV"yə müsahibəsində bildirib.

General qeyd edib ki, təmkinli olmalı, erməni yalanlarına uymamalıyıq: "Atəşkəs elan edilir, digər tərəfdən hücum edirlər. Erməniyə heç vaxt inanmaq olmaz. XX əsrin əvvələrində Türkiyədə baş verənləri nəzərə alsaq, düşünməliyik ki, qarşımızda çox hiyləgər, cinayətkar dövlət var. Bir neçə gün öncə, Naxçıvanda səfərdə oldum, ordumuzun şəraiti, vəziyyəti ilə tanış oldum. Qarşımızda elə də çətinlik yoxdur. Məsələlərin həlli üçün Azərbaycan ordusu hazırdır”.