637b190befb3e202211222203
Ordudan qaçan rus əsgər elə şeyləri açdı ki,... SENSASSİON DETALLAR

Rusiya Ordusunun əsgəri törətdikləri dəhşətli cinayətlər barədə sensassion faktları açıqlayıb.

Buçada cinayət törətməkdə ittiham olunan 64-cü motoatıcı briqadanın rus əsgəri Nikita Çibrin cəbhədən qaçaraq şahidi olduğu müharibənin dəhşətlərini müxalifət mediasına danışıb.

“Mən dəqiq bilirəm ki, talan faktları olub. Lipovkada, Andreevkada maşınların necə aparıldığını gördüm, xarab maşınları necə sındırdıqlarını, evləri dağıtdıqlarını gördüm.  Evlərdən qızılları,mobil telefonları oğurlayırdılar”,deyə rus əsgər bildirib.

Çibrin Andreevkada rus əsgərləri tərəfindən qadınların zorlanması faktını da təsdiqləyib.

“ Çoxları evlərdən spirtli içki tapıb içirdilər. Andreevkada ana və qızın zorlanması hadisəsi olub. Dörd oğlan bunu etdi. Biri qaçdı, qalanları tutuldu. Onları sadəcə işdən çıxarıldılar”, deyə Çibrin bildirib.

Hərbçi bildirib ki, cəbhədə rus əsgərləri dəhşətli vəziyyətdədir.

Həmçinin, Çibrinin dediyinə görə, rus əsgərlərinə evə göndəriləcəkləri vəd edilib. Komandanlıq cəbhəni tərk etmək istəyənlərə və ya əsir düşdüyünə görə fiziki və psixoloji təzyiq göstərir.

Əsgər onu da dedi ki, cəbhədə özünü dəli kimi göstərib ki, cəbhəyə göndərilməsin. O, qaçdığı  üçün ailəsi də daxil olmaqla hamı ondan üz döndərib.

“Onlar üçün mən Vətən xainiyəm və bu qədər. Bəs mən müharibəyə gedib Ukraynanın dinc sakinlərini öldürməliydim? Həbsxanaya getmək? Üçüncü seçim sadəcə getməkdir”.

Çibrin beynəlxalq məhkəmədə ifadə vermək istədiyini deyib: “Gizlədəcək heç nəyim yoxdur. Bu, Rusiyanın başladığı cinayət müharibəsidir. Mən bunu başa çatdırmaq üçün əlimdən gələni etmək istəyirəm”. (oxu24.com)

21.11.2022 13:21
436