Oqtay Əliyevin dəhşətli qəzada vəfat etməsi barədə təfərrüatlar ortaya çıxıb.
Qlobal.net xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücü Oqtay Əliyev bir müddət əvvəl ürək əməliyyatı etdirib. Avtomobili "VAZ" dairəsindən Saray yolu istiqamətində idarə edərkən qəfil ürəyi tutub. Nəticədə avtomobil idarəetmədən çıxaraq aşıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.