Skolioz onurğanın sağa və ya sola əyilməsi zamanı meydana gələn bir xəstəlikdir.
Bu xəstəlik hər 100 nəfərdən 3-də rast gəlinir.
Qlobal.net bildirir ki, türkiyəli həkim Damla
Cankurtaran bu haqda bəzi açılamalar verib.
Dos. Dr. Damla Cankurtaran deyir ki, Skolioz ən çox rast gəlinən növü
yeniyetməlik dövründə Skolioz növüdür.
"Qarşılaşdığımız Skoliozun ən çox görülən növü 10-18 yaş arası
uşaqlarda görülən Adolesan İdiopatik Skoliozdur. Skoliozun simptomları çiyinlər
arasındakı fərq, bel bükmə xətləri arasındakı fərq, bel qıvrımı ilə dirsək
arasındakı məsafənin, uşağın ön və sol və ya bel bölgəsində boy fərqinin
qeyri-bərabər olmasıdır".
Damla Cankurtaran skoliozda onurğanın əyrilik dərəcəsinə görə müalicə
üsulunun tətbiq edildiyini izah edir. ''skoliozun diaqnozunda ilk öncə təfərrüatlı
tədqiqlər aparılır. Kliniki müayinə nəticəsində skolyozdan şübhələniriksə,
rentgenoqrafiyadan istifadə olunur. Skoliozun müalicəsində əyriliyin ölçüsü, irəliləmə
sürəti və irəliləmə riski nəzərə alınaraq xəstəyə xas müalicə proqramı
yaradılır.
Skolioz xəstələrinə ağırlıq qaldırma, rəqs, gimnastika və ya tennis və qolf
kimi birtərəfli idman növlərindən qaçınmaq tövsiyə olunur.
Səbinə
Qlobal.net