sonaxanım

“Onu düz ürəyindən vur, halallıq vermirəm” - Aktrisadan ETİRAF

"Həyat məni nə qədər sağdan-sola, yuxarıdan-aşağıya, aşağıdan-yuxarı, bir sözlə hər tərəfə atdı. Bəlkə də düşmənimə arzulamadıqlarımı mənə yaşatdı. Bu həyatda bir şeyi anladım ki, insan öncə özünə dəyər verməlidir, özünü düşünməlidir. Amma təəssüf olsun ki, belə bir məsəl var ki, "Qozbeli qəbir düzəldər". Mən belə başa düşürəm ki, qozbeli heç qəbir də düzətmir, qozbel olaraq qalır. Bu yaşıma çatmışamsa, bu xasiyyətim, bu xislətim qalıbsa bunu necə dəyişmək olar? Bəzən mənə öz övladım deyir ki, ana, bu yaşa kimi hər kəsi düşünmüsən, artıq çoxdan zamanı idi ki, özünü düşünəsən. Yenə də bəzən özümü arxa plana atıram. Yenidən mənə həyat verilsəydi öncə özümü düşünərdim. Mənə necə rahatdırsa o cür edərdim" 
Qlobal.net bildirir ki, bunu Moderator.az-a açıqlamasında bu gün yeni yaşına qədəm qoyan sənətçi, aktrisa Sonaxanım Əliyeva deyib. O daha sonra bildirib ki, həyatında heç vaxt bağışlamayacağı insanlar olub. 
"Onlar artıq mənim həyatımda yoxdular. Onlara heç bir zaman halallıq da vermərəm, bağışlamaram da. Mən bir dəfə şans verib bağışlamışam. Amma görmüşəm ki, ikinci dəfə zərbə vurmaq istəyiblər. Tövbə, üçüncüyə bir də getmərəm. Bir ömür boyu. Bir xəyanət edən bir də edəcək, bir yalan danışan bir də yalan danışacaq, bir zərbə vuran yenə də zərbə vuracaq. Bir insanı bağışlayırsansa bu o deməkdir ki, bıçağı əlinə verirsən ki, götür onu düz ürəyindən ikinci dəfə vur" deyə aktrisa bildirib. 
Sənətçi ikinci dəfə ailə həyatı qurub-qurmayacağı ilə bağlı suala belə cavab verib. 
"Nə vaxtsa düşünməmişəm. Mən ömür boyu anama baxmışam, övladım yanımda olub. Çünki ailə həyatı qursaydım anamla balam kimə lazım olacaqdı? Öz yükümü özüm daşımışam. Təbii ki, övladım çox istəyərdi ki, mən evlənim. Amma bu gün mənim üçün ən önəmlisi övladımın xoşbəxtliyidir. O xoşbəxt olsun. Bir ana olaraq övladıma yaxşı günlər yaşada bilim. Qalanı ya qismət! Bu gündən sabaha Allahın möcüzələrindən heç bir kəs sığortalanmayıb" deyə aktrisa bildirib.
23.08.2024 10:39
show 429