Cəmiyyət

Onlar da pulsuz müalicə oluna biləcəklər – YENİLİK

İcbari tibbi sığorta sistemində sığortalı və sığortaolunan şəxslərin dairəsi genişlənəcək.

Qlobal.net xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Hazırkı qanunvericiliyə əsasən, sığorta olunanlar sırasına Azərbaycan vətəndaşları, ölkədə qaçqın statusu alan şəxslər, eləcə də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin himayəsində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daxildir.

Yeni layihəyə görə, bu siyahıya əlavə olaraq həbsdə olan, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də daxil ediləcək. (Məntəqə tipli cəzaçəkmə müəssisələrində olanlar istisna təşkil edir.)

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Related Articles

Leave a Reply

Back to top button