Şou-biznes

Ərinizin sevgilisi olun – Röyadan qadınlara MƏSLƏHƏT

Mən həmişə ətrafımdakı qızlara, xanımlara deyirəm ki, yoldaşınızın sevgilisi olun.

Qlobal.net xəbər verir ki, bunu Xalq artisti Röya Ayxan müsahibələrinin birində deyib.

“Qadın ərinin sevgilisi olarsa, istər əl qabiliyyəti olsun, istər olmasın onlar dava edəndən sonra da mütləq çox qəşəng formada barışacaqlar. Əgər sən onun anasına çevrildinsə, bitdin. Oğul anasıyam, bunu başa düşürəm. Oğlumu orda-burda oxutdururam, uzaqlara göndərirəm ki, özü yerini yığa, yediyi qabı yuya bilsin, öz otağını təmizləməyi bacarsın. Yuxudan durdum, getdim, arvadım edər, falan. Olmaz belə. Onu etika dərslərinə qoydum. Bunu onun qarşıısına çıxacaq qıza görə edirəm ki, səhər söyülməyim”.

Röya qeyd edib ki, qadınlar ilk gündən özünə dəyər verməyi, ərlərinin sevgilisi olmağı bacarmalıdır: “Yoxsa anam kimi. indi də anama zəng edəndə atamı söyür. Bəsdirin də, boşanmısınız, nəvələriniz var. Sən vaxtında özünə dəyər verməliydin. Atamı o vəziyyətə anam gətirdi”.

Daha ətrafl videoda:

Related Articles

Bir cavab yazın

Back to top button