Şou-biznes
Ona görə məndən pul istədilər – Ağadadaşın başına iş gəldi

Xalq artisti Ağadadş Ağayevin instaqram profili bağlanıb.
Qlobal.net xəbər verir ki, müğənni bu haqda “Günə uğurla” proqramında danışıb. İfaçı bildirib ki, səhifəni bağlayıb, sonra ondan pul istəyiblər:
“Bu yaxınlarda instaqram səhifəm bağlandı. Çünki bir neçə gün valideyn himayəsindən məhrum olan uşaqlarla keçirtdim. Onları hər dəfə instaqramda paylaşırdım. Götürüb ona görə mənim səhifəmi bağladılar. Dedim ki, əgər buna görə mənim instaqramım bağlanırsa, heç o mənə lazım deyil. İndiyənə kimi də qaytarmadım səhifəni. Səhifəni bağlayıb, sonra məndən pul istədilər”. (axşam.az)