Maraqlı

On dörd il sürgündə olan, həyatı puç edilən xalq artistimiz – Kinomuzun Həkim babasının FACİƏLİ HƏYATI

Azərbaycanın Xalq artisti Məmmədrza Şeyxzamanovun həyat və yaradıcılığı ilə bağlı maraqlı faktları təqdim edirik.

Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub.

80287155 2740338082693586 1513994985660219392 n 1659621488
Azərbaycanda Sovet hakimiyyəti qurulanda yeni hökumət digər varlı adamlar kimi onların da mal-dövlətini əllərindən aldı. Anası bir böyük otaq qarşılığında yaşadıqları mülkün yerində fabrik açılmasına icazə verdi.
Məmmədrza on iki yaşından işləməyə başlamışdı.

***
Gəncənin hörmətli ailələrindən birinin qızı olan Nigar xanıma aşiq olur. Gənc aktyorun hissləri qarşılıqsız qalmır. Amma qarşılarında böyük maneələr var idi. Nigar xanımın atası bəy nəslindən olduğu üçün bu izdivaca heç cür razı olmur. Qızını gənc aktyora ərə verməkdən imtina edir. Nəhayət, Məmmədrza Nigar xanıma elçi göndərmək fikrindən daşınır 1938-ci ildə onu qaçırır.
Bu izdivacdan onların üç qız övladı dünyaya gəlir.

***
Onun qardaşı Ələsgəri İtaliyaya, bacısı Həmidəni Türkiyəyə, özünü isə pantürkist kimi Qazaxıstanın Semipalatinsk bölgəsinə mühacirətə göndərirlər.

Gallery
Təhlükəsizlik xidmətinin əməkdaşları Nigar xanıma ərindən boşanmağı məsləhət görürlər. Nigar xanım isə “ərim harda, mən də orda” – deyir; həyat yoldaşı ilə birgə əzab-əziyyətli, məhrumiyyətlərlə dolu sürgün həyatı yaşamağa razılaşır.

***
14 il sürgün həyatı yaşayan Məmmədrzanın amnistiya kağızını ondan gizlədirlər. O, ailəsi ilə bərabər qaçaraq Gəncəyə gəlir. Ev yox, iş tapa bilmir… Bir gün Səməd Vurğunla görüşür. Əlbəttə, Səməd Vurğun, tamaşalarında Məmmədrzanın maraqlı obrazlar yaratdığını unutmamışdı və o aktyora kömək edir. Səməd Vurğunun sayəsində onun ikinci sürgün həyatına son qoyulur. 1954-cü ildə Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Dram Teatrında aktyor ştatına qəbul edilir. Onun artıq qırx yaşı vardı

***

Məmmədrza Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə “Bəxtiyar” filmindəki Rəcəbov obrazı ilə çıxıb.

13654154 307224259667411 4143281504969168520 n 1659621379

Sürgündə olduğu illərdə əkiz oğlan və bir qız övladları dünyaya gəlir, amma körpələr tələf olur.

***
1959-cu ildə Tofiq Bağırov Məmmədrzanın adını qara siyahıdan çıxardır və o, Əməkdar artist adına layiq görülür. 1974-cü ildə Xalq artisti adını alır.
İxtiyar roluna görə isə ona ölümündən sonra dövlət mükafatı verilib.

***
Xalq artisti Rasim Balayev xatırlayır: “Şeyx Əzəmin qızı Şəmsi boğduğu kadrı çəkirdik. Məmmədrza Şeyxzamanov qızı boğa-boğa ağlamağa başladı. Əslində, heç o kadrda ağlamalı deyildi. Amma o qədər roluna aludə olmuşdu ki, şeyxzamanovluqdan çıxmışdı. Onu sakitləşdirə bilmirdilər. Deyirdi ki, qızımı məcburiyyət qarşısında öldürdüm. Hamı onu başa salmağa çalışırdı ki, a kişi, bu roldur, səni heç kim qınamır”.

Gallery

Doqquz rəqəminin mistikası onu davamlı izləyib. Belə ki, Məmmədrza Şeyxzamanov 19 yaşında Gəncə Dövlət Dram Teatrına gəlir, 39 yaşında Akademik Milli Dram Teatrında işə başlayır, 59 yaşında Xalq artisti adına layiq görülür və 69 yaşında həyatla vidalaşır.

***

Sənətkar 1984-cü il yanvarın 25-də vəfat edib./Kulis.az

Related Articles

Leave a Reply

Back to top button