“Ömür boyu dekolte geyinmişəm, geyinirəm, geyinəcəyəm də... Nə qədər ki, çiyinlərim icazə verir, dekolte geyinəcəyəm”.
Qlobal.net olay-a istinadla xəbər verir ki, bu sözləri Rühəngiz Allahverdiyeva “Xəbərin var?” verilişinə müsahibəsində deyib.
Əməkdar artist bildirib ki, tamaşaçılar müğənnilərin geyimini yox, sənətini müzakirə etməlidirlər:
“Səhnə adamı olmayanlar necə istəyir, elə də geyinirlər. Heç biz onların işinə qarışırıq?! Xeyr! Sənətimizi bəyənib qiymət versinlər. Sənət qalır kənarda, "ayaqqabın belə gəldi", "qaşın belə getdi". Yazırlar ki, nə gündədir bu... Allah məni necə yaradıbsa, eləyəm.
Geyimdə açıq-saçlığında həddi, əndazəsi var. Həddən artıq açıq geyinmən olmaz. Dekolte də, qısa da, yırtmaclı da geyinmək olar, amma hər şey gərək əndazədə olsun”.