6517e0789ebb3202309234648
Ölümündən əvvəl Milli Məclisin son iclasında bu nazirliyi tənqid edibmiş - VİDEO

Ötən gün dəfn edilən deputat Qənirə Paşayevanın Milli Məclisdə son çıxışının görüntüləri yayılıb. 

Manset.az-ın əldə etdiyi məlumata görə, görüntülərdə o, Səhiyyə Nazirliyini tənqid edərək, dərman qiymətlərinin baha və dərmanların keyfiyyətsiz olmağından şikayətlənib. Eyni zamanda reseptlərdə bəzi dərmanların əlavə yazıldığını da qeyd edib.

Qeyd edək ki, Qənirə Paşayeva sentyabrın 24-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə gətirilib. Edilən müalicələrə baxmayaraq deputat sentyabrın 28-də Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. 

30.09.2023 12:44
show 944