İndoneziyada Toraja xalqı hər üç ildən bir ölmüş yaxınlarının cəsədlərini çıxarır, onları təmizləyir və yeni paltar geyindirərək, onlarla vaxt keçirirlər.
Qlobal.net bildirir ki, bu ənənə “Ma’nene” (Ölüyə Baxım) adlanır.
Bu adətə görə, insanlar hər üç ildən bir ölmüş yaxınlarının məzarlarını açır, cəsədlərini təmizləyir, yeni paltar geyindirir və onlarla sanki sağ imiş kimi vaxt keçirirlər. Bəzən ailələri ilə birlikdə şəkil də çəkdirirlər!
Bu qəribə adət Toraja xalqı üçün normal bir hörmət göstəricisi olsa da, dünyanın qalan hissəsi üçün inanılmaz və şokedici görünür.
Səbinə
Qlobal.net