637326bf3eb2f202211224223
Ölməkdə olan xəstənin son arzusunu tibb bacısı yerinə yetirdi - GÖRÜN NƏ İSTƏYİB

ABŞ-ın Pensilvaniya ştatının Harrisburq şəhərində tibb bacısı işləyən 49 yaşlı Trişa Siman xərçəngdən ölmək üzrə olan xəstənin uşağını övladlığa götürüb böyüdüb.

Milli.Az bildirir ki, bu barədə "People" nəşri məlumat yayıb.

Siman 2014-cü ildə ölümcül xəstə Triş Somers ilə tanış olub. Qadının Uesli adlı səkkiz yaşlı oğlu olub. O, ölümündən sonra uşağın valideynsiz qalacağını anlayıb və tibb bacısından son arzusunu yerinə yetirməsini istəyib. "Oğlumun qayğısına qalmağınızı istəyirəm", - o deyib.

Tibb bacısının dediyinə görə, o, əri ilə xəstəyə kömək etməli olduqlarını tez anlayıb və oğlunu evlərinə aparıblar. Bir neçə ay sonra xəstə ölüb və oğlan Simanın beşinci övladı olub.

Uesli rəsmi olaraq 2020-ci ildə övladlığa götürülüb. Onun indi 16 yaşı var, məktəbə gedir və bu yaxınlarda sürücülük vəsiqəsi alıb. 

Yeniyetmə deyib ki, o, yeni ailənin üzvü olduğu üçün nə qədər şanslı olduğunu ifadə etməyə söz tapa bilmir. "Bizi qəbul etməyə qərar verdikləri üçün onlara həmişə minnətdaram", - o deyib.

15.11.2022 09:39
show 441