"Özlərinin "yığma" lüt bədənlərini nümayiş etdirib yoruldular, indi də keçiblər çılpaq kukla şoularına.
Qlobal.net bildirir ki, bu barədə Cəlalə Nəzəroğlu sosial şəbəkədə qeyd edib.
Əxlaqsızlıq, kütbeyinlik, cahillik baş alıb gedir.
Vaxtilə nə internet vardı, nə də kitablar əlçatan idi. Amma insanlar hətta ucqar dağ kəndində belə, kitab tapıb oxuyurdular.
Tarix, coğrafiya, ədəbiyyat, riyaziyyat və s. sahələrdə ən təməl
bilgilər elə köhnə kitablarda da var idi. Guya internet dövründə
insanlar bütün günü maariflənmək üçün dəridən-qabıqdan çıxırlar??!! Yeni
qaynaq tapıb atomu bir daha parçalayıblar?
Bir "ovuc" adam qalıb... Xalis nəsildən, cılızlaşmamış nəsildən bircə ovuc adam qalıb...
Oğlum saat 8-dən 4-ə qədər məktəbdə olur. Dərsdən qayıdandan yatana
qədər onunla durmadan oyun oynayır, kitab oxuyur, şəkil çəkir, gitarada
ifa edir, hava yaxşı olanda parkda gəzirik. Yəni, hər saat yox, hər
dəqiqə telefondan uzaq tuturam. Amma bütün bunları edərkən bəzən
yorğunluqdan ağlamağım gəlir. Boş qoya bilmirəm ki, darıxıb birdən
telefonıa qurdalanar, nəsə görər. Belə nə vaxta qədər davam edəcəyəm,
bilmirəm...
Elə nigaranam, dostlar...
İkinci dəfə ana olmaqdan qorxdum. Gözlərim yaşla dolaraq etiraf edirəm.
Belə cəmiyyət üçün daha bir övlad dünyaya gətirməyə cəsarətim çatmadı.
Birdən tam nəzarət edə bilmərəm, haradasa boşluq buraxaram deyə,
qorxdum...
Bəzən mənim balamın qarşısına çıxacaq gələcək həyat yoldaşının görəsən, hansı şərtlər altında böyüməsi ağlıma gəlir...
"Tik-tok" və digər sosial şəbəkələr kimlərinsə pul qazanması, kimlərinsə bataqlığı oldu". (milli.az)