Əməkdar artist Mehriban Xanlarova mərhum Azər Paşa Nemətov barədə status yazan aktyorlara üsyan edib.
Bu barədə aktrisa instaqramda paylaşım edərək onları qorxaq adlandırıb:
“Sosial şəbəkələrdə oxuyuram ki bu gün dünyasını dəyişən və hələ dəfn olunmamış Azər Paşa Nemətovun haqqında artıq-əskik danışırlar. Ölən insanın arxasınca artıq-əskik danışmaq insanlığa sığmır! Cəsarəti çatan sözünü çıxıb deyərdi! Kimsə öləndən sonra onun haqqında “şirə dönmək” qorxaqlıqdır! Bu ölümdən hamı üçün var! Kimə rəhmət düşür, ya düşmür – Allahın biləcəyi işdir!”.