667922410f2b7202406243737
Öldürülən polislə bağlı TƏSİRLİ XƏBƏR: 10 gün sonra...

Ötən gecə Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşlarının kimliyi məlum olub.

Qlobal.net bildirir ki, onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur. Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.

"Azxeber.com"un əldə etdiyi məlumata görə, polis serjantı Ağayev Mahir Mayıl oğlu nişanlı olub, 10 gün sonra isə toyu olacaqdı.                             

24.06.2024 11:37
show 388