Dünya

Oktay Kaynarca sərbəst buraxıldı – YENİLƏNDİ

Türkiyəli tanınmış aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu məhkəmə nəzarəti şərti ilə ev dustaqlığına buraxılıb.

Qlobal.net xəbər verir ki, onlar məşhurlara yönəlmiş narkotik istintaqı çərçivəsində səhər saatlarında saxlanılıblar.

Qeyd edək ki, aktyor saxlanılması ilə bağlı qısa açıqlama verərək, uzun illərdir narkotiklə mübarizə apardığını və bu cür əməliyyatları dəstəklədiyini bildirib.

***

“Kurtlar Vadisi” və “Eşkıya dünyaya hükümdar olmaz” seriallarının məşhur aktyoru Oktay Kaynarca saxlanılıb.

Qlobal.net Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi İstanbul Şəhər Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosunun keçirdiyi əməliyyat çərçivəsində tutulub.

O.Kaynarca ilə yanaşı, müğənni Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya da saxlanılıb. 

Prokurorluğun açıqlamasında bildirilib ki, adıçəkilən şəxslər istifadə məqsədilə narkotik və ya psixotrop maddə saxlamaq, narkotik istifadəsini asanlaşdırmaq, fahişəliyə təşviq etmək və ya vasitəçilik etmək, eləcə də qumar oynanması üçün yer və imkan yaratmaq cinayətlərindən birini və ya bir neçəsini törətməkdə şübhəli bilinirlər.

İlgili Makaleler

Bir yanıt yazın

Başa dön tuşu