Cəmiyyət

Oğlunu öldürüb, bədənini parçalara ayıran anadan tükürpədən sözlər

Moskvanın şərqindəki Qolyanovski gölündə altı yaşlı uşağın kəsilmiş başı olan zibil torbası tapılıb.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, uşağın anası Yelena qətldə şübhəli bilinərək saxlanılıb. Məlum olub ki, Moskva vilayətinin Balaşixa sakini altı yaşlı oğlunu qətlə yetirib, onun bədənini parçalara ayırıb. Qadın cinayəti etiraf edib, o hadisəni törədən zaman sərxoş vəziyyətdə olduğunu bildirib.

“O, oğlunu öldürüb, meyitini parçalayıb və qalıqlarını Moskvadakı Qolyanovski gölünə atıb. Qadın cinayətin səbəblərini izah edə bilməyib. Müstəntiqlər hadisə yerinə baxış keçirib. Maddi sübutlar və bıçaqlar götürülüb, bir sıra məhkəmə-tibb ekspertizaları təyin edilib. Şübhəli şəxs psixiatrik müayinədən keçəcək”, – Rusiya mətbuatı yazıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Related Articles

Leave a Reply

Back to top button