Cəmiyyət

Oğlum dünəndən səhhətimlə maraqlanmayıb – Fəzail Ağamalı ilə oğlu arasında nə baş verir?

Ana Vətən Partiyasının sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirildiyi ilə bağlı informasiya yayılıb.

Qlobal.net xəbər verir ki, Modern.az keçmiş deputatla əlaqə saxlayıb.

Saytımıza cavabında Fəzail Ağamalı xəstəxanaya yerləşdirilmədiyini bildirib.

“Dünən biraz səhhətimdə problem yarandı. Ailə həkimimizi çağırdıq. Gəldi, dava-dərman elədi. Dedi ki, dincəlmək lazımdır. İndi də səhhətim yaxşıdır. Eşidirsiniz, səsim də gur çıxır”.

F.Ağamalı oğlunun onunla yaşananlardan sonra heç bir əlaqə saxlamadığını deyib.

Elçin Ağamalı isə məsələ ilə bağlı danışmaq istəmədiyini söyləyib.

“Siyasi məsələlər bir yana bu, özəl məsələdir”,- o deyib.

Qeyd edək ki, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının ötən gün keçirilən qurultayında qalmaqal yaşanıb. F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb.

Related Articles

Leave a Reply

Back to top button