65a55384d07ea202401244716
Oğlan oteldə sevgilisi ilə oldu, çəkdiyi videoları qızın ailəsinə göndərdi...

1999-cu il təvəllüdlü Şamil sevgi münasibətində olduğu Pərvanənin (adlar şərti verilib – red.) onunla olan intim görüntülərini yaymaqda ittiham edilib. 

Qlobal.net Teleqraf.com-a istinadən xəbər verir ki, Şamil 2022-ci il aprel ayının sonlarında Səbail rayonu ərazisində yerləşən “Shalimar” adlı oteldə sevgi münasibəti saxladığı Qəbələ rayon sakini Pərvanə ilə birlikdə olan zaman mobil telefonla onun intim hərəkətləri çəkib və görüntüləri mobil telefonunda saxlayıb. 

Şamil həmin il mayın 22-də Pərvanəni könüllü olaraq özü ilə Füzuli rayonunun kəndinə evinə aparıb və onunla qeyri-rəsmi nikah münasibətlərində olub. Aralarında yaranmış mübahisələrdən sonra Pərvanə iyulun 22-də Qəbələ rayonunun kəndinə atası evinə qayıdıb. 

Şamil dəfələrlə Pərvanənin atası və əmisinin mobil telefonlarına zəng vuraraq onun geri qayıtmasını tələb edib. Əks halda mobil telefonunda Pərvanənin rüsvayedici videogörüntüsünü yayacağı ilə onları hədələyib. 

Lakin Pərvanə özü və valideynləri onun geri qayıtmasına razı olmayıblar. Şamil videoçəkilişi materialını sentyabrın 12-də saat 12.55-də vatsapla qadının əmisinə, sentyabrın 14-də isə nənəsinə yollayıb. 

“Bir-birimizdən xoşumuz gəldi” 

İstintaq orqanı tərəfindən Şamilin barəsində Cinayət Məcəlləsinin 156.1-ci (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2017-ci ildən öz adına olan mobil telefon nömrəsindən, eyni zamanda təxminən bir il olar ki, ana nənəsinin adına olan nömrədən internetə daxil olmaq üçün istifadə edir: “2021-ci il avqustun təxminən ortalarında “Telegram” sosial şəbəkəsində Pərvanə ilə tanış oldum. Təxminən 15-20 gün ərzində Pərvanə ilə həmin sosial şəbəkədə mesajlaşaraq danışdıqdan sonra ondan telefon nömrəsini aldım. Tez-tez vatsap vasitəsi ilə görüntülü danışdıq. Bir neçə dəfə danışdıqdan sonra bir-birimizdən xoşumuz gəldi. 

Həmin vaxt Abşeron rayonu Masazır qəsəbəsində dayım Vəlinin evində qalırdım. Dayımla birlikdə fəhlə işləyirdim. Pərvanəyə Masazır qəsəbəsində yaşadığımı bildirdim. Pərvanə isə əslən Qəbələ rayonundan olduğunu, nənəsi və xalası ilə xalasıgilin Sumqayıt şəhərində yerləşən evində yaşadığını dedi”. 

“Çılpaq şəkillərini mənə göndərdi” 

Təqsirləndirilən şəxs qeyd edib ki, Pərvanə ilə ilk dəfə 2021-ci il sentyabrın təxminən sonlarında Bakı şəhərində “Dənizkənarı bulvar” ərazisində görüşüb: “Orada gəzdik, restoranlardan birində çay içdik. Bir neçə saat keçdikdən sonra Pərvanəni bacısının “İzmir parkı” adlanan ərazidə kirayədə yaşadığı evə yola saldım. Bundan sonra görüntülü danışarkən ondan çılpaq fotoşəkillərini mənə göndərməsini xahiş etdim. Pərvanə də bir neçə dəfə özünün çılpaq vəziyyətdə olan şəkillərini vatsapdan mənə göndərdi. 

Həmin fotolara baxdıqdan sonra telefonumun yaddaşından sildim”. 

“Videoçəkiliş apardığımı gördü” 

Şamilin sözlərinə görə, 2021-ci ilin dekabrın əvvəllərində günorta saatlarında Pərvanə ilə “Tarqovı” adlanan ərazidə görüşəndən sonra onun razılığı əsasında “Tarqovı” adlı otelə gediblər:

 

“Əvvəlcədən sifariş verdiyim otaqda öz razılığı əsasında Pərvanə ilə təxminən 1-2 saat müddət ərzində qeyri-təbii yolla bir neçə dəfə cinsi əlaqədə oldum. Bu hadisə təxminən 2-3 dəfə təkrarlandı. Hər dəfə otelə 20 manat ödəmişəm. 

2022-ci il aprelin təxminən sonunda, axşam saatlarında Pərvanənin razılığı əsasında yenidən onunla “Tarqovı” adlı otelə getdim. Gecə özünün razılığı əsasında onunla ilk dəfə təbii yolla cinsi əlaqədə oldum, bakirəliyini pozdum. 

Gecəni oteldə qaldıq. Səhəri gün axşam saatlarında Pərvanə ilə birlikdə Səbail rayonu ərazisində yerləşən “Shalimar” adlı otelə getdik. Həmin gecə də səhərə kimi oteldə qaldıq. Pərvanə ilə bir neçə dəfə öz razılığı əsasında təbii yolla cinsi əlaqədə oldum. Həmçinin mənim təklifim əsasında digər seksual xarakterli hərəkətlər etdi. Bu zaman istifadə etdiyim telefonla həmin anın videoçəkilişini apardım. 

Videoçəkilişi Pərvanənin razılığı əsasında etmişəm. O, videoçəkiliş apardığımı görüb. Pərvanənin razılığına əsasən öz telefonumdan həmin videonu səhəri gün onun hesabına göndərmişəm”. 

“Evdə narazılıqlar baş verdi” 

Şamil qeyd edib ki, daha sonra onlar evlənmək qərarına gəliblər: “22 may 2022-ci ildə Pərvanənin Digah qəsəbəsində yerləşən bibisigilin evinə getdim. Oradan bir taksi ilə Pərvanəni Füzuli rayonunun kəndində yerləşən yaşadığım evə gətirdim. Valideynlərimə Pərvanə ilə nikaha daxil olaraq ailə qurmaq istədiyimi bildirdim. 

Onlar əvvəlcə buna razı olmasalar da, sonradan heç bir narazılıq bildirmədilər. Pərvanə ilə ər-arvad kimi yaşamağa başladıq. Birlikdə yaşadığımız müddətdə demək olar ki, hər gün onun əmisi Vüqar dəfələrlə zəng edərək evə geri qayıtmasını tələb edirdi. Buna görə aramızda bir neçə dəfə söz-söhbət yarandı.

Pərvanə anam və nənəmlə yola getmədiyinə görə evdə narazılıqlar baş verdi. Buna baxmayaraq, onunla birlikdə iyunun 16-da Füzuli rayon qeydiyyat şöbəsinə gedərək rəsmi nikaha daxil olmaq üçün ərizə verdim”. 

“Məni təhqir etdilər” 

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci il iyulun təxminən 17-18-də evdə olan zaman Pərvanə ilə aralarında mübahisə yaranıb: “Pərvanə nənəmin ünvanına nalayiq ifadə işlətdiyi üçün onun üzünə bir şillə vurdum. O da bu barədə əmisi Vüqara məlumat verdi. İyulun 2-də Pərvanənin atası Vahid və əmisi Vüqar Beyləqan şəhərinə gələrək yeznəm Eldarın telefonuna zəng vurdular, Pərvanəni Beyləqan rayonuna gətirməyimi tələb etdilər. 

Eldarın avtomobili ilə atam və bacım Pərvanəni Beyləqan şəhərinə apardılar. Orada atamgilə bildiriblər ki, sadəcə Pərvanəni anası və bacısı görmək istəyir. 3-4 günə onu geri qaytaracaqlar. 

Daha sonra Pərvanəni Qəbələ rayonunda yerləşən evlərinə apardılar. Təxminən 2-3 gün sonra Pərvanənin istifadə etdiyi telefona dəfələrlə zəng etsəm də, atası məni nalayiq ifadələrlə təhqir etdi. 

Pərvanənin qayıtması üçün dəfələrlə atası və əmisi ilə telefonla danışdım. Onları dilə tutdum, xahiş etdim, onlarsa hər dəfə məni təhqir etdilər”.

 

“Videonu yaymaq niyyətim olmayıb” 

Şamilin sözlərinə görə, Pərvanənin geri qayıtmasına valideynlərinin razılıq verməməsi və nalayiq ifadələrlə onu təhqir etməsinə görə əsəbiləşib: “Sentyabrın 12-də günorta saatlarında yaşadığım evdə olan zaman Pərvanənin əmisi Vüqarın istifadəsində olan telefon nömrəsinin vatsapına 2022-ci ilin aprel ayında “Shalimar” otelində olanda çəkdiyim videogörüntünü göndərdim. 

Məqsədim o idi ki, Pərvanənin geri qayıtmasına razılıq versinlər. Onları qorxutmaq istəyirdim əks halda videogörüntünü sosial şəbəkədə yayaraq onları biabır edəcəm. 

Videonu göndərikdən sonra Pərvanənin əmisinə mesaj yazdım ki, məndə 5 dəqiqəlik başqa videogörüntü də var. Əslində başqa video yox idi. Onları rüsvay etmək niyyətim də olmayıb. Belə niyyətim olsaydı, videonu sosial şəbəkələrdə paylaşa bilərdim. 

Onlar mənim barəmdə Qəbələ Rayon Polis Şöbəsinə həmin videogörüntünü göndərməyimdən 10 gün sonra müraciət ediblər. Əgər həmin videonu yaymaq, onları rüsvay etmək niyyətim olsaydı, bunu etməyə imkanım və vaxtım var idi. 

Videogörüntünü Pərvanənin əmisinə göndərdikdən bir neçə saat sonra atası mənə zəng vurdu və məni nalayiq ifadələrlə təhqir etdi. Mən də söylədim ki, dediklərimi etməsələr, yəni, Pərvanəni yanıma qaytarmasalar, videogörüntünü yayıb, onları biabır edəcəm”. 

“Videonu göndərdim ki, qorxsunlar” 

Təqsirləndirilən şəxs deyib ki, səhəri gün Pərvanənin Sumqayıt şəhərində yaşayan xalası xatırlamadığı nömrənin vatsapından ona mesaj yazıb və Pərvanənin əmisinə göndərdiyi videogörüntünü ona da göndərməsini xahiş edib: “Əvvəlcə buna razı olmadım. Lakin çox israr etdiyi üçün razılaşdım. 

Bundan bir neçə dəqiqə sonra Pərvanənin nənəsi zəng vuraraq məndən niyə belə hərəkət etdiyimi, həmin videonu hansı səbəbdən Pərvanənin əmisigilə göndərdiyimi soruşdu. 

Mən də dedim ki, əvvəlcə Pərvanə ilə barışaraq onu yanıma gətirmək istəmişəm. Lakin atası məni nalayiq ifadələrlə təhqir edib, Pərvanənin heç zaman yanıma qayıtmayacağını bildirdi, mən də buna əsəbiləşdim. Buna görə videonu göndərdim ki, qorxsunlar, Pərvanənin yanıma qaytarsınlar. 

Pərvanənin nənəsi dedi ki, sən narahat olma, özüm bu məsələni həll edəcəm. Bir neçə gün sonra məlum oldu ki, Pərvanənin atası Qəbələ Rayon Polis Şöbəsinə şikayət edib”. 

“Məni ölümlə heç kim hədələməyib” 

Təqsirləndirilən şəxs qeyd edib ki, hazırda onun istifadəsində olan mobil telefonda həmin videogörüntü yoxdur: “Videonu Pərvanənin əmisi və nənəsinə göndərdikdən sonra silmişəm. Pərvanənin dedikləri tamamilə şər-böhtandır. Heç vaxt onu fotoşəkillərini və videogörüntülərini yaymaqla hədələməmişəm, hədələməklə onunla cinsi əlaqədə olmağa məcbur etməmişəm. 

Biz sevgi münasibətində olmuşuq. Pərvanə çılpaq fotoşəkillərini mənə öz razılığı ilə göndərib. Onunla cinsi əlaqədə də öz razılığı ilə olmuşam. 

Heç vaxt Pərvanədən hər hansı məbləğdə pul tələb etməmişəm, kart hesabıma pul göndərməsini istəməmişəm. 

Əsəbi olduğum üçün izahatımda Pərvanənin atası və əmisinin məni ölümlə hədələdiyini, məhz buna görə məndən əl çəkmələri üçün videogörüntünü əmisinə göndərdiyini göstərmişəm. Əslində heç kim məni ölümlə hədələməyib”.

15.01.2024 19:37
show 2351