ofeliya

Ofeliyanın əri danışdı: “Onunla 1 saat da yaşamaram...” - VİDEO

ARB TV-nin “Günü bu gün” verilişində qonaq olan müğənni Ofeliya Şabanova tamaşaçı tənqidi ilə üzləşib. 

Qlobal.net yenisabah.az-a istinadla xəbər verir ki, efirə zəng edən tamaşaçı müğənini ailədaxili söhbətləri efirdə danışdığına görə qınayıb:  “Çox sağ olun ki, belə verilişlər təşkil edirsiniz, sizə minnətdaram. Amma iradım Ofeliya xanımadır. O, böyük aktrisadır. Efirdə əllə-qolla danışır. Onun ailəsi ilə olanlar bizə maraqlı deyil. Mən çox danışıb Ofelya xanıma reytinq qazandırmaq istəmirəm”.

Aparıcı efirə zəng edən xanımın müğənninin qonşusu oldugunu bildirib.

Ofeliya Şabanovanın həyat yoldaşı studiyada qonaqlar arasında olsa da, kamera qarşısına çıxamaqdan imtina edib. Lakin o da öz fikirlərini bildirib:  “Mən cavan adamam, əgər o qadın mənə baxmasa, mənim qayğımı çəkməsə, onunla bir saat belə yaşamaram”.


12.12.2024 21:33
show 275