Şou-biznes
O vaxtlar narkotiki bomba oğlanlar istifadə edirdi – Meyxanaçı Rüfət

“Evlənəndən artıq narkotikdən sağalmışdım. Adam kimisə bədbəxt etməz. Bəzilərinin axmaq düşüncə tərzi var: Evlən düzələcək. Necə yəni? Bu düzəlsin, sonra evlən də. O qədər belə ailələr var ki…
Qlobal.net xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu “Həftənin qonağı” verilişində deyib.
Meyxanaçı narkotikdən istifadə etdiyi vaxtları da xatırladıb və bildirib ki, 17 il narkotikdən istifadə edib:
“Əvvəllər kimlərəsə qoşuldum istifadə etdim. Sonralar mənə qoşulurdular. O vaxt indiki kimi təbliğat yox idi, narkotikin ziyanlarını bilmirdik. O vaxtlar narkotiki yaxşı oğlanlar istifadə edirdi. Fikirləşirdin ki, mən də etsəm olacam bomba oğlan”.
Посмотреть эту публикацию в Instagram