hafiz

"O vaxt icazə versəydilər, onun başına bir donuz gülləsi vurub gətirərdik" - Hafiz Hacıyev

"Ruben Vardanyanın beynəlxalq axtarışa verilməsi bizim üçün arzuolunandır. Amma kim verəcək?! Beynəlxalq axtarışa indiyə qədər Arutyunyanı vermişdik, ancaq heç bir nəticəsi çıxmadı".

Qlobal.net xəbər verir ki, bu sözləri moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. 

Onun sözlərinə görə, Arutyunyan gözümüzün önündə Azərbaycana qarşı soyqırımı törədir: "Onu gedib oradan gətirmək problemdirmi? Həm də o bizim öz torpağımızda - Xankədidədir. Əgər, ora Azərbaycanındırsa Azərbaycan hüquq-mühafizə orqanları gedib tutub gətirsin. O cümlədən də Ruben Vardanyanı. Vardanyanı beynəlxalq axtarışa verməyə nə ehtiyac var ki?! Şuşadan Xankəndiyə çox az bir məsafədir. O vaxtı mənə icazə versəydilər, gedib onun başına bir donuz gülləsi vurub gətirərdik".

"Bilirsiniz gərək məsələnin marağında olasan. Bizimkilərin isə marağında deyil. Sadəcə populizmə hesablanmış müəyyən fikirlərdir. Bunu dəfələrlə dedizdirmisiniz, demişəm. Vardanyanın qohumlarının əksəriyyəti elə Bakıdadır. Ona görə ki, onları müdafiə edən dayıları - Putinləri, Azərbaycanda da isə onları müdafiə edən qohumları var. Ona görə, mənasız fikirlərlə başımızı qatmayaq", - deyə partiya sədri əlavə edib. 

28.12.2022 20:15
show 535