O, müəllifi və aparıcısı olduğu, RT telekanalında yayımlanan "Anton Krasovski ilə antonimlər" proqramına dəvət etdiyi məşhur rusiyalı fantast yazıçı Sergey Lukyanenko ilə söhbətdə anormal, maniakal bəyanatlar səsləndirib.
Dialoq zamanı S.Lukyanenko bildirib ki, 1980-ci illərdə Karpat bölgəsində astmadan müalicə alanda yerli uşaqlarla qaşılaşıb. Yazıçının sözlərinə görə, guya həmin uşaqlar "Ruslar Ukraynanı işğal ediblər və əgər işğal olmasaydı, ukraynalılar Fransadakı kimi yaşayardılar": "Özü də onlar Ukrayna dilində danışan ukraynalı uşaqlar deyildilər. Onlar rusdilli, rus soyadlı oğlanlardı".
Bu sözlərdən sonra A.Krasovski yazıçının sözünü kəsib, ona fikrini tamamlamağa imkan verməyib və "belə uşaqları öldürmək gərəkdir" söyləyib. Yazıçı aparıcıya etiraz edərək "bu, bizim metodumuz deyil, o uşaqları tərbiyə etmək gərəkdir" deyib.
Amma A.Krasovski vəcdə gəlmişdi: "Yox, onları elə Tisina çayında boğmaş gərəkdir. Suyun burulğan olduğu yerdə. Boğmaq lazımdır. Bəli, sizin metod deyil, çünki ziyalı insanlarsınız, fantast yazıçısınız. "Ruslar işğal edib" dedi? Dərhal gur axınlı çaya atırsan!".
Daha sonra A.Krasovski vurğulayıb ki, "Karpat iyrəncdir, orada nəcisdən "smerekova xata" adlı daxmalar tikirlər. Ukraynalı uşaqları elə həmin daxmalarda diri-diri yandırmaq gərəkdir".
A.Krasovskinin bu açıqlamaları çox böyük qalmaqala səbəb olub. Avropa Birliyi ölkələrində "Russia Today"in yayımının, ümumiyyətlə yasaqlanması ilə bağlı tələblər səslənir.
Vəziyyətin gərginləşdiyini anlayan "Russia Today"in rəhbəri, erməni Marqarita Simonyan xüsusi bəyanat yayıb:
"Anton Krasovskinin dedikləri vəhşilik və iyrənclikdir. Ola bilsin ki, Anton bu sözləri dilə gətirməsinin hansı ağıl sapmasının nəticəsi olduğunu desin. Krasovskinin gerçəkdən də uşaqları boğmağın gərəkdiyini hesab etməsini düşünmək çətindir. Hazırda onunla əməkdaşlığı dayandırıram. Çünki nə mən, nə də RT-nin kolektivi hansısa birimizin belə ağlagəlməz, vəhşi fikirləri paylaşdığımızı düşünməyə imkan verə bilmərik".